Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir Tədbir çərçivəsində iki ölkənin biznes və hökumət nümayəndələrinin işgüzar görüşləri və dəyirmi masalar keçiriləcək
Biznes
28 Sentyabr , 2017 13:52
Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir
Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Stavropolda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, tədbir çərçivəsində iki ölkənin biznes və hökumət nümayəndələrinin işgüzar görüşləri və dəyirmi masalar keçiriləcək.

İştirakçılar sənaye, kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, turizm və humanitar sahələrdə ikitərəfli qarşılıqlı əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Forumun fəxri qonaqları olublar.

Bundan başqa, Forumda iki ölkənin rəsmiləri, sahibkarları, qeyri-hökumət təşkilatları, iqtisadiyyat sahəsində ekspertlər, eləcə də biznes nümayəndələri iştirak edəcəklər.

Forum sentyabrın 29-dək davam edəcək və qonaqların Qafqaz Mineral Sularının kurort şəhərlərinə səfərləri ilə sona çatacaq.

Qeyd edək ki, Rusiya-Azərbaycan Regionlararası Forumu 2010-cu ildən keçirilir. 2016-cı ildə Forum Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi