Slovakiya Azərbaycana şampun ixracını bərpa edib

Biznes
  • 05 iyul, 2022
  • 05:42
Slovakiya Azərbaycana şampun ixracını bərpa edib

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 7,2 milyon ABŞ dolları dəyərində 2 min 741 ton şampun gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,1 % artıb, kəmiyyət olaraq – 0,1 % azalıb.

Hesabat dövründə Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 60,6 % artıb) 1 min 606 ton (+37,3 %), Rumıniyadan 1,3 milyon ABŞ dolları dəyərində (-18,3 %) 393,7 ton (-12,2 %), Rusiyadan 1,05 milyon ABŞ dolları dəyərində (-41 %) 317 ton (-48,4 %), Fransadan 240 min ABŞ dolları dəyərində (+38 %) 42 ton (+23,2 %), İtaliyadan 200 min ABŞ dolları dəyərində (-48 %) 44ton (-45 %) məhsul alınıb.

İki il 3 ayın tamamında Azərbaycan Slovakiyadan tədarükü bərpa edib. Bu ölkədən 2 min ABŞ dolları dəyərində 0,65 ton şampun idxal edilib.