Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü olmaq istəyir

Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü olmaq istəyir Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv olmaq üçün müraciət edib.
Biznes
26 Dekabr , 2024 13:10
Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü olmaq istəyir
Turqay Dəniz

Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüquqlu üzv olmaq üçün müraciət edib.

"Report" xəbər verir ki, müraciəti Şimali Kipr Palatasının rəhbəri Turqay Dəniz Bakıda keçirilən Birliyin Baş Assambleyasında açıqlayıb.

Hazırda Şimali Kipr Birlikdə müşahidəçi üzv statusundadır. Onun tam hüquqlu üzv olmaq istəyinə baxılacaq.

Xatırladaq ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən ASK-nın dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kiprin palataları bu qurumda müşahidəçi qismində iştirak edir.

Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi