“Silk Vey Vest Aviaşirkəti” ötən ili mənfəətlə başa vurub
- 12 oktyabr, 2021
- 10:52
“Silk Vey Vest Aviaşirkəti” MMC 2020-ci ili 716,262 miLyon manat xalis mənfəətlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 113,871 milyon manat xalis zərərlə çıxmışdı.
“”Report” xəbər verir ki, ötən il qurumun vergiyəqədərki mənfəəti 780,831 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 64,569 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 1 735,282 milyon manat olub ki, bu da illik müqayiəsədə 13% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19% azalaraq 1 397,787 milyon manat olub, balans kapitalındakı 190,157 milyon manatlıq çatışmazlıq 337,495 milyon manat kapitalla əvəz olunub, o cümlədəm nizamnamə kapitalı 11,2% azalaraq 123,279 milyon manat olub.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 172,091 milyon manat, təsisçisi isə “Silk Vey Aviaşirkəti” MMC-dir. Hər iki şirkət "Silk Vey Holdinq" MMC-yə daxildir.