“Siemens”in sədri: "Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırıq"

“Siemens”in sədri: "Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırıq" Almaniyanın “Siemens” şirkəti Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırdır.
Biznes
19 Yanvar , 2023 12:17
“Siemens”in sədri: Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırıq

Almaniyanın “Siemens” şirkəti Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırdır.

Bunu Davos Dünya İqtisadi Forumu çərçivəsində "Report"a açıqlamasında “Siemens”in İdarə Heyətinin sədri Cim Haqeman Sneyb deyib.

“Siemens” gələcəyin infrastrukturunu dayanıqlı edən şirkətlərdən biridir. Nəqliyyat və enerji sistemləri ilə, həmçinin istehsal sistemlərinin, səhiyyə, şəhər infrastrukturunun yaradılması ilə məşğul oluruq. Odur ki, ölkənizin dayanıqlı inkişafına töhfə verə bilək. Biz qlobal şirkətik və ölkənizin dayanıqlı gələcəyə doğru irəliləyişinin bir hissəsi olmaqdan qürur duyarıq”, - o vurğulayıb.

C.H.Sneyb əlavə edib ki, Ukraynadakı müharibə və enerji təhlükəsizliyi problemləri səbəbindən dünya ənənəvi enerji mənbələrinə geri qayıdır: “Amma hesab edirəm ki, müharibə bizim gələcəyə daha sürətli getməli olduğumuzu xatırladan çox vacib bir nüansdır. İndi geriyə doğru getməyin yoxd, gələcəyi yaxınlaşdırmağın vaxtıdır. Hər hansı yeraltından çıxarılan yanacaq növündən asılı olmağa ehtiyacımız yoxdur. Düşünürəm ki, müharibə bizə bunu niyə etməməli olduğumuzu göstərir. Hər bir ölkənin enerji sahəsində müstəqil olması üçün kifayət qədər külək və günəş enerjisi var”.

Son xəbərlər

Orphus sistemi