Seulda əlavə iş saatı qadağan olunur

Seulda əlavə iş saatı qadağan olunur Dövlət qulluqçularının iş saatları mərhələli şəkildə aşağı salınacaq
Biznes
23 Mart , 2018 14:58
Seulda əlavə iş saatı qadağan olunur

Bakı. 23 mart. REPORT.AZ/ Cənubi Koreyada dövlət qulluqçularının müəyyən olunmuş iş vaxtından əlavə çalışmaq istəyinin qarşısını almaq üçün tədbirlər görülməsi qərara alınıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, dövlət qulluqçularının kompüterləri cümə günü iş gününün sonunda söndürüləcək.

Buna baxmayaraq, dövlət qulluqçularının 67,1%-i yeni qaydadan azad olmaq istəyir.

Yeni qayda, sadəcə, paytaxt Seulda tətbiq olunacaq. Qaydaya əsasən, dövlət qulluqçularının iş saatları mərhələli şəkildə aşağı salınacaq. Belə ki, martın 30-da dövlət qulluqçularının kompüterləri yerli saatla 20:00-da söndürüləcək. Aprel ayının ikinci və dördüncü həftələrindəki cümə günlərində isə kompüterlər 19:30-da söndürüləcək. May ayından etibarən isə dövlət qulluqçuları hər cümə günü saat 19:00-dək çalışacaq.

Cənubi Koreya ən çox iş saatı olan ölkədir. Burada dövlət qulluqçuları ildə 2 739 saat çalışırlar. Bu isə inkişaf etmiş ölkələrin ortalama iş vaxtından min saat çoxdur.

Son xəbərlər

Orphus sistemi