Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edilib

Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edilib Azərbaycan və İran arasında Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib.
Biznes
15 Oktyabr , 2024 13:18
Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası müzakirə edilib

Azərbaycan və İran arasında Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşası müzakirə edilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İrana rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdük. Müzakirələrimizin mövzusu İrandan keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin inşası və Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi oldu. ADY-nin hər iki marşrutun inkişafı ilə bağlı atdığı addımları və gələcək planlarını nəzərə çatdırdıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi