Səfir: "Türkmənistan Ələt və Türkmənbaşı limanları arasında əlaqələrin genişlənməsində maraqlıdır"

Səfir: "Türkmənistan Ələt və Türkmənbaşı limanları arasında əlaqələrin genişlənməsində maraqlıdır" Bakı. 18 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevlə görüşüb.
Biznes
18 May , 2018 17:40
Səfir: Türkmənistan Ələt və Türkmənbaşı limanları arasında əlaqələrin genişlənməsində maraqlıdır
http://economy.gov.az
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevlə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, iki ölkəni tarixi dostluq əlaqələrinin birləşdirdiyini qeyd edən nazir Şahin Mustafayev 2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. 

O, bildirib ki, tranzit, İKT, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq imkanları genişdir. 

Nazir qeyd edib ki, hazırda iki ölkə arasında müzakirə mərhələsində olan sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin və digər iqtisadi sənədlərin imzalanması iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək. Türkmənbaşı şəhərində Beynəlxalq Dəniz Limanının açıldığını vurğulayan iqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bu yaxınlarda Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda yaradılmış əlverişli infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt və Türkmənbaşı liman komplekslərinin istifadəyə verilməsi nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradır.

Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev tarixi köklərin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Səfir Türkmənistanın Ələt və Türkmənbaşı limanları arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi