Səfir: "Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası ilin sonunadək keçiriləcək"

Səfir: "Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası ilin sonunadək keçiriləcək" Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclasının ilin sonunadək keçirilməsi planlaşdırılır.
Biznes
9 May , 2018 15:34
Səfir: Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası ilin sonunadək keçiriləcək

Bakı. 9 may. REPORT.AZ/ "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclasının ilin sonunadək keçirilməsi planlaşdırılır".

Bunu "Report"a açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Onun sözlərinə görə, Komissiyanın sonuncu iclası İranda keçirilib: "Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir".

Səfir həmçinin Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığa da toxunub: "İki ölkə arasında bu sahədə əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu həftə İrana səfər etdi və məhsuldar danışıqlar aparıldı". 

Son xəbərlər

Orphus sistemi