“Samsung” şirkəti Rusiya bazarını tərk edir

“Samsung” şirkəti Rusiya bazarını tərk edir Cənubi Koreyanın “Samsung” şirkəti Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya bazarını tərk etdiyini bildirib.
Biznes
5 Mart , 2022 08:52
“Samsung” şirkəti Rusiya bazarını tərk edir

Cənubi Koreyanın “Samsung” şirkəti Ukraynaya qarşı müharibəsi səbəbindən Rusiya bazarını tərk etdiyini bildirib.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd edilir ki, daha bu ölkədə məhsul tədarükü olmayacaq.

Məlumata görə, çiplərdən tutmuş smartfonlara və məişət elektronikasına qədər bütün “Samsung” məhsullarının ixracı dayandırılıb.

"Fikirlərimiz təsirə məruz qalan hər kəslədir və bizim prioritetimiz bütün əməkdaşlarımızı və onların ailələrini təhlükəsiz saxlamaqdır", - "Samsung”un bəyanatında deyilir.

Şirkət bölgədəki humanitar səylərə altı milyon ABŞ dolları, o cümlədən bir milyon dollarlıq istehlakçı elektronikası ianə edəcək.

“Samsung” Rusiyada 30%-dən bir qədər çox bazar payı ilə lider smartfon satıcısı idi. Rusiyada smartfon satışı bu seqmentdən onun qlobal gəlirinin təxminən 4%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi