Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri
“Report”un Rusiya bürosu xəbər verir ki, görüşdə Rusiyanın iqtisadi inkişaf naziri forumda Azərbaycanın iştirakından məmnun olduğunu və Azərbaycanın bu ilki iqtisadi forumda mühüm nəticələr əldə edəcəyinə inandığını bildirib.
Nazir deyib ki, Azərbaycanın Rusiya ilə ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, ticarət dövriyyəsində keçən il 19%, bu ilin birinci rübündə isə 23% artım qeydə alınıb: “Bundan başqa, nəqliyyat sektorunda bizim uğurlu lahiyələrimiz var. Görüşlərimiz müntəzəm baş verir. Bir həftə sonra Dağıstanda, sonra avqust ayında, daha sonra oktyabrda Azərbaycan və Rusiya regionlarının forumu Rusiya Federasiyasının şəhərlərinin birində baş tutacaq. Bir sözlə, əlaqələrimiz inkişaf edir və iki dövlətin rifahına çalışır”.
Görüşdən sonra Rusiyanın iqtisadi inkişaf naziri bildirib ki, Azərbaycanla Rusiya arasında ticariyyət dövriyyəsi artmaqdadır. “İki ölkə arasında sadəcə ticarət deyil, həmçinin birgə lahiyələrimiz də var. Biz maşınqayırma sahəsində artıq birgə fəaliyyət göstəririk. Bu görüşdə isə müzakirəmizin əsas mövzularından biri daha hansı sahələri əhatə edə biləcəyimiz, Rusiyalı iş adamlarının Azərbaycanın hansı biznes sahələrində təmsil olunmaq istəyi oldu. Danışdıq ki, işlərimizi ləngitməmək üçün, bir həftədən sonra Dağıstanda görüşək”.
Qeyd edək ki, görüşdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov da iştirak edib.
İqbal Rüstəmov