Şahin Mustafayev: "Regionların inkişafına 4,5 mlrd. manatdan çox vəsait ayrılıb"

Şahin Mustafayev: "Regionların inkişafına 4,5 mlrd. manatdan çox vəsait ayrılıb" Nazir: "Siyasi sabitlik ölkə iqtisaiyyatının dayanıqlı inkişafını təmin edib"
Biznes
29 Yanvar , 2018 13:08
Şahin Mustafayev: Regionların inkişafına 4,5 mlrd. manatdan çox vəsait ayrılıb
İqtisadiyyat naziri Şahin Mustafayev / Report

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda regionların sosial-iqtisadi inkişaf layihələrinə ötən ildə 4,5 mlrd. manat həcmində vəsait yönəldilib. Bundan əlavə, ölkə Prezidentinin sərəmcamları ilə rayon və şəhərlərin inkişafına 368 mln. manat ayrılıb ki, bu vəsaitlərin ayrılması regionların sosial inkişafında mühüm rol oynayıb.

"Report" xəbər verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

"Prezident idxalın azaldılması istiqamətində tövsiyələr verib. Biz işlərimizi bu istiqamətdə qurmalıyıq. Bu görüşlər çərçivəsində qaldırılan məsələlər diqqətlə öyrənilib, bu məlumatlardan istifadə edəcəyik", - nazir deyib.

Ş.Mustafayev qeyd edib ki, konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirəcək. Dövlət investisiya proqramı çərçivəsində layihələr haqqında dövlət başçısı tapşırıqlar, sahibkarların sosial məsuliyyəti, sahibkarların üzərinə düşən vəzifələr haqqında tövsiyələr, ixrac potensialı olan məhsulların statistikası təqdim edilməklə bu sahədə məsləhətlər verib.

Nazir bildirib ki, siyasi sabitlik nəticəsində güclü iqtisadi potensial ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib. Bu da regionların sosial-iqtisadi inkişafında böyük rol oynayır: "Qeyri-neft ixracı üzrə stimullaşdırıcı işlər görülüb, biznes-investisiya mühitinin təkmilləşdirilməsi, KOS-lara yardım diqqətdə saxlanılır".

Onun szölərinə görə, ötən il ərzində ölkədə 177 min daimi iş yeri açılıb, qeyri-neft sektoru 2,7% artıb.

Son xəbərlər

Orphus sistemi