İyunun 27-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Səfər iyunun 29-dək davam edəcək.
Məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes-forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.
Xatırladaq ki, komissiyanın 7-ci iclası 2016-cı ildə Bakıda keçirilib.
Azərbaycanda 60-dan çox İsveçrə şirkəti fəaliyyət göstərir. İsveçrənin "Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən biri hesab olunur. Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkəti ilə səmərəli əməkdaşlıq edir, Bakı-Sumqayıt istiqamətində bu şirkətin qatarlarından istifadə olunur. İsveçrənin "AXPO" şirkəti TAP layihəsində 5%-lik paya malikdir və "Şahdəniz" yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır. Bundan başqa, İsveçrənin "ABB Global Marketing FZ-LLC" və "Trub Trading International AG" şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.