Sahibkarların yoxlanılmasının dayandırılması haqqında qanuna yeni maddə əlavə edilir

Sahibkarların yoxlanılmasının dayandırılması haqqında qanuna yeni maddə əlavə edilir Bu, qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyətinə nəzarətlə bağlıdır
Biznes
19 Oktyabr , 2017 11:40
Sahibkarların yoxlanılmasının dayandırılması haqqında qanuna yeni maddə əlavə edilir
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Orkhan Azim

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinin qüvvədə qalma müddəti 2021-ci ilədək uzadılır.

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinin qüvvədə olma müddəti bu ilin noyabr ayında bitir. Ona görə də qanunun vaxtı uzadılır. Həmçinin, qanun layihəsinə qida məhsullarının təhlükəsizliyi və dərman vasitələrinin keyfiyyət qaydalarına riayət edilməsi ilə bağlı yeni maddə əlavə edilir. İndiyədək belə yoxlamalar yox idi. Lakin əsassız yoxlamalar olmamalıdır".

Qeyd edək ki, 2015-ci ildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun qəbul olunub. Sənəd sahibkarlığın inkişafı üçün böyük imkanlar yaradır. Qanun 4 maddədən ibarətdir. Sənəddə yoxlamaların dayandırılmasının 2015-ci il noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Son xəbərlər

Orphus sistemi