​Rusiya və Azərbaycan arasında iki tanker tikintisinə dair saziş imzalanıb

​Rusiya və Azərbaycan arasında iki tanker tikintisinə dair saziş imzalanıb Tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə təhvil veriləcək
Biznes
11 Aprel , 2016 20:59
​Rusiya və Azərbaycan arasında iki tanker tikintisinə dair saziş imzalanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Rusiyanın Nijeqorod vilayətinin "Krasnoe Sormovo" gəmiqayırma zavodu Azərbaycanın CMS şirkəti üçün iki tanker inşa edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun mətbuat xidməti məlumat yayıb.

""Krasnoe Sormovo" zavodu aprelin əvvəlində "Dəniz və neft-qaz layihələri" Şirkətlər Qrupunun dəstəyi ilə "Caspian Marine Services Limited" şirkəti ilə iki "RST27" layihəli tankerin tikintisi və tədarükünə dair müqavilə imzalayıb", - deyə zavodun məlumatında bildirilir.

Müqaviləyə görə, tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə təhvil veriləcək.

"RST27" tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan "çay-dəniz" sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140, eni isə 16 metrdir. Dənizdə 4,2 metr suya oturma dedveyti 6980 tondur.

Son xəbərlər

Orphus sistemi