“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” - RƏY

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” - RƏY “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətləri başa düşdü ki, onlar üçün ən etibarlı tərəfdaş Azərbaycandır”.
Biznes
16 Mart , 2023 14:36
“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” - RƏY

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətləri başa düşdü ki, onlar üçün ən etibarlı tərəfdaş Azərbaycandır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniyada yaşayan iqtisadçı ekspert Samirə Vəliyeva bildirib.

“Almaniya-Azərbaycan iqtisadi əlaqələri son illər artan xətt üzrə inkişaf edib. Azərbaycan Avropanın, xüsusilə Almaniyanın enerji təchizatçıları sırasında öz yerini tutub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətləri başa düşdü ki, hazırda onlar üçün enerji təchizatı ilə bağlı ən etibarlı tərəfdaş Azərbaycandır”, - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti Frank Valter Ştaynmayer, kansler Olaf Şoltsun görüşü, eləcə də mətbuata verdikləri birgə açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycan “Avropanın iqtisadi lokomotivi” sayılan Almaniyanın tərəfdaşları içərisində öz yerini bir pillə artırıb:

“İki ölkə arasında xüsusilə enerji və xammal sənayesində sıx əməkdaşlıq mövcuddur. Məsələn, alman şirkətləri Azərbaycanda neft və qaz yataqlarının işlənməsində iştirak edirlər. Məlum görüşdə alman şirkətlərinin Azərbaycanda alternativ enerji istehsalına cəlb edilməsi də müzakirə olundu. Alman şirkətlərinin Azərbaycanda maşınqayırma, avtomobil sənayesi, ətraf mühit və enerji texnologiyaları sahələrində də yaxşı biznes imkanları var. Bundan əvvəlki illərdə keçirilən Almaniya-Azərbaycan İqtisadi Forumlarında hər iki ölkə münasibətləri dərinləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar açmaq niyyətlərini açıq şəkildə ifadə edib və bunu əməli olaraq sübut ediblər. Azərbaycan hökuməti maraqlıdır ki, daha çox alman investorları ölkəyə cəlb etsin. Elə Prezident İlham Əliyev də Olaf Şolts ilə görüşündə bu məsələyə diqqət çəkdi".

S.Vəliyeva bildirib ki, bununla belə, Almaniya və Azərbaycan şirkətləri arasında əməkdaşlıqda bəzi çətinliklər də var. İxtisaslı mütəxəssislərin olmaması və bürokratiyanın bir çox şirkətlər üçün maneə olduğunu vurğulayan ekspert Azərbaycan hökumətinin bu istiqamətdə öz üzərinə düşən işləri tez bir zamanda yerinə yetirəcəyindən əmin olduğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi