Rifat Hisarcıklıoğlu: "TDT ölkələri ticarət müharibələri qarşında birgə hərəkət etməlidir"

Rifat Hisarcıklıoğlu: "TDT ölkələri ticarət müharibələri qarşında birgə hərəkət etməlidir" Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə dünyada getdikcə geniş vüsət alan ticarət müharibələri qarşında birgə hərəkət etməlidir.
Biznes
26 Dekabr , 2024 12:10
Rifat Hisarcıklıoğlu: TDT ölkələri ticarət müharibələri qarşında birgə hərəkət etməlidir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə dünyada getdikcə geniş vüsət alan ticarət müharibələri qarşında birgə hərəkət etməlidir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

"TDT ölkələri olaraq öz aramızdakı ticarəti artırmalı, bunu üçün bütün əngəlləri aradan qaldırmalıyıq. Bu baxımdan gömrükdən rahat keçid çox mühümdür. Palata olaraq bununla bağlı təcrübəmizi qardaşlarımızla bölüşməyə hazırıq. Bu gün gündəmdə olan məsələlərdən biri də palatamızda bütün nəqliyyat modellərini əks etdirən bir alt komitənin yaradılmasıdır. Bu məsələdə də hamının dəstəyini gözləyirəm", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi