Rəşad Məcid: "Global Media Group" öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib"

Rəşad Məcid: "Global Media Group" öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib" Medianın beynəlxalq standartlara çatması daim gündəmdə olan məsələdir və "Global Media Group" tərəfindən bu sahədə atdığı addım təqdirəlayiqdir.
Biznes
27 Dekabr , 2022 11:00
Rəşad Məcid:  Global Media Group öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib
Rəşad Məcid

"Medianın beynəlxalq standartlara çatması daim gündəmdə olan məsələdir və "Global Media Group" tərəfindən bu sahədə atdığı addım təqdirəlayiqdir".

"Report" xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid "Global Media Group"un şirkətlərinə İSO sertifikatının təqdim olunması mərasimində deyib.

O bildirib ki, bu gün medianın aparıcı orqanlarından olan "Oxu.az", "Report.az", Baku TV göstərdiyi keyfiyyətli xidmətin bəhrəsini gördü: "Belə ki, "Global Media Group" öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib. Düşünürəm ki, bu gün də yeni standartlara yaxınlaşma baxımından layiq görülən sertifikatlarının xüsusi rolu var. Ümid edirəm ki, bundan sonra digər media qurumları da bu sertifikatları almaq üçün cəhd edərlər".

Son xəbərlər

Orphus sistemi