Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə yeni dövlət proqramı hazırlanır

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə yeni dövlət proqramı hazırlanır ​Şahin Mustafayev: “Son 14 ildə regionlara 70 mlrd. sərmayə qoyulub”
Biznes
2378
24 Dekabr , 2018 17:39
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə yeni dövlət proqramı hazırlanır
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ “2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib və onlardan 2-nin icrası uğurla yekunlaşdırılıb”. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb. 

Nazir həmçinin deyib ki, ölkə Prezidentinin tapşırığı ilə 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü dövlət proqramı hazırlanır: "Proqram üzərində iş başa çatmaq üzrədir”.

Son xəbərlər

Orphus sistemi