Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb, maliyyə böhranı güclənir

Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb, maliyyə böhranı güclənir Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub.
Biznes
5 Mart , 2023 20:30
Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb, maliyyə böhranı güclənir

Nağd pul dövriyyəsində Amerika dollarının çatışmazlığı bir sıra Afrika və Asiya dövlətləri də daxil olmaqla, dünyanın bir sıra ölkələrində maliyyə böhranının güclənməsinə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” bazar iştirakçılarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, ən çox nağd ABŞ dolları çatışmazlığı Şri-Lanka, Nigeriya, Pakistanda müşahidə olunur.

“Şri-Lankada xəstəxanalar əməliyyatları təxirə salır. Nigeriyada beynəlxalq uçuşlar dayandırılıb. Pakistanda avtomobil zavodları bağlanıb. Dünyanın ən həssas inkişaf etməkdə olan ölkələrinin bəzilərində vəziyyət ağırdır. ABŞ dollarının qıtlığı xammaldan tutmuş dərmanlara qədər hər şeyə çıxışı məhdudlaşdırır”.

Bununla əlaqədar, Dubaydakı “Tellimer”in Dubayda inkişaf etməkdə olan bazarlar və sərhəd bazarları strateqi Hasnayn Malik potensial investorların ən riskli ölkələrin iqtisadiyyatlarına investisiya qoyarkən daha diqqətli olmağa çağırıb.

Belə ki, yaxın gələcəkdə bu dövlətlər dollar qıtlığının davam etməsi fonunda böhranın kəskinləşməsi ilə üzləşə bilər.

Son xəbərlər

Orphus sistemi