Qırğızıstan Azərbaycanla aqrar, logistika və enerji sahələrində birgə müəssisələr yaratmaq istəyir

Qırğızıstan Azərbaycanla aqrar, logistika və enerji sahələrində birgə müəssisələr yaratmaq istəyir Azərbaycanlı sahibkarlar Qırğızıstanda kütləvi istehlak mallarının, xüsusən də tekstil məmulatlarının istehsalını təşkil edə bilərlər.
Biznes
22 Noyabr , 2024 17:06
Qırğızıstan Azərbaycanla aqrar, logistika və enerji sahələrində birgə müəssisələr yaratmaq istəyir

Azərbaycanlı sahibkarlar Qırğızıstanda kütləvi istehlak mallarının, xüsusən də tekstil məmulatlarının istehsalını təşkil edə bilərlər.

Bu barədə "Report"a müsahibəsində Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib

"Azərbaycanlı sahibkarlar energetika sahəsi ilə yanaşı, kütləvi istehlak mallarının, xüsusən də tekstil məmulatlarının istehsalı üçün ölkəmizə daha yaxından nəzər salmağı tövsiyə edirəm. Qırğızıstanın ixtisaslı işçi qüvvəsi var ki, bu da bu sahəni xüsusilə gəlirli edir. Bundan əlavə, bizim üzvü olduğumuz Avrasiya İqtisadi Birliyinin (AİB) bazarına yönəlmiş yüksək texnologiyalı məhsulların istehsalını təşkil etmək imkanımız var. Bu, AİB ölkələrinin böyük bazarlarına çıxış imkanı yaradır", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, logistika və energetika birgə müəssisələrin yaradılması üçün digər perspektivli sahələrdir: "Biz əməkdaşlığa açığıq və istənilən investisiya təklifini müzakirə etməyə hazırıq".

E. Baysalov, sərmayə qoyuluşu üçün perspektivli sahələrdən danışarkən hidroenergetikanı xüsusi qeyd edib: "Bizdə çoxlu çay var və su elektrik stansiyalarının tikintisi üçün bəzi yerlər hələ də boşdur. Həmçinin bərpa olunan enerji mənbələri sahəsinə də diqqət yetirməyə dəyər. Məsələn, günəş elektrik stansiyaları üçün dağlıq bölgələrimiz Yaxın Şərq səhraları kimi ənənəvi günəş bölgələrindən daha yüksək günəş radiasiya intensivliyi təmin edir. Külək stansiyalarının da böyük potensialı var".

Qırğızıstanın Baş nazirin müavini azərbaycanlı investorlara güzəştlərin verilməsi məsələsinə toxunaraq isə, bildirib ki, azad iqtisadi zonalardakı güzəştli rejimdən əlavə, "hər bir konkret layihə üçün fərdi vergi şərtlərini və birbaşa maliyyə dəstəyinin digər formalarını müzakirə etməyə hazırıq".

Edil Baysalov ilə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi