Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb

Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərin adlarını açıqlayıb.
Biznes
3 Noyabr , 2020 12:20
Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərin adlarını açıqlayıb.

"Report" bu barədə qurumun oktyabr ayı üzrə "İxrac icmalı"na istinadən xəbər verir.

Beləliklə, özəl ixracatçı subyektlərin siyahısına "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi rəhbərlik edir. Növbəti yerlərdə isə “SOCAR Polymer”, "Land Lojistic", "MKT İstehsalat Kommersiya", "Sun Food", "Global Trade Group", "Fruit Store", "Baku Steel Company", "Fruit City Group" və “P-Aqro” MMC-lər qərarlaşıb.

Dövlətə məxsus ixracatçı subyektlərinin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi rəhbərlik edir. Növbəti yerlərdə isə "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi