Qeyri-bank kredit təşklatları SKMF ilə əməkdaşlığı genişləndirmək istəyir

Qeyri-bank kredit təşklatları SKMF ilə əməkdaşlığı genişləndirmək istəyir İqtisadiyyat naziri Qaxda vətəndaşları qəbul edib
Biznes
23 İyun , 2017 17:19
Qeyri-bank kredit təşklatları SKMF ilə əməkdaşlığı genişləndirmək istəyir

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Qax şəhərində Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit təşklatının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının genişləndirilməsi, istehsal və emal sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların mineral su istehsalı, fındıq bağının salınması və fındıq emalı, buğda və qarğıdalı əkini sahələrinin, tingçilik və intensiv bağçılıq təsərrüfatlarının genişləndirilməsi, cins heyvandarlığın və damazlıq quşçuluğun inkişafı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbulda bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi