Qətərlə birgə Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə yeni tərkibi təsdiqlənib

Qətərlə birgə Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə yeni tərkibi təsdiqlənib Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə İqtisadi, ticarət və texniki Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.
Biznes
12 Aprel , 2022 14:42
Qətərlə birgə Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə yeni tərkibi təsdiqlənib

Azərbaycan Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə İqtisadi, ticarət və texniki Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilib, "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini" sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini” sözləri əlavə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişiklik barədə Qətər tərəfinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi