Kiyev-Bakı biznes-forumu keçiriləcək

Kiyev-Bakı biznes-forumu keçiriləcək Tədbirin payızda Ukraynada keçirilməsi nəzərdə tutulur
Biznes
276
13 Fevral , 2016 00:51
Kiyev-Bakı biznes-forumu keçiriləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan və Ukrayna 2016-cı ilin payız aylarında iki ölkənin iş adamları arasında biznes-forumun keçirilməsinə dair razılıq əldə edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə fevralın 12-də Münhendə Beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Kiyev meri Vitali Kliçko arasında baş tutan görüşdə razılığa gəlinib.

Kliçko nazirə Ukraynada Kiyev-Bakı biznes-forumunun keçirilməsini təklif edib. Elmar Məmmədyarov bu ideyanı dəstəkləyib və tərəflər payızda Kiyevdə keçirilmək şərti ilə belə bir tədbirin hazırlanması barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi