USACC pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini müzakirə edəcək

USACC pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini müzakirə edəcək Aprelin 30-u Bakı vaxtı ilə saat 17:00-da “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandmeiya dövründə” mövzusunda onlayn konfrans keçiriləcək.
Biznes
17 Aprel , 2020 12:16
USACC pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini müzakirə edəcək

Aprelin 30-u Bakı vaxtı ilə saat 17:00-da “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandemiya dövründə” mövzusunda onlayn konfrans keçiriləcək.

“Report” xəbər verir ki, konfrans ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Veb-konfransda Azərbaycan İqtisadiyyat nazirinin müavinin Rövşən Nəcəfov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev və KOBİA-nın İdarə heyətinin sədrinin müavini Rüfət Atakişiyev iştirak edəcəklər.

Tədbirdə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri, bu təsirləri azaltmaq üçün hökumətin atdığı addımlar və başqa əlaqəli məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi