Azərbaycan Pakistanla güzəştli ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparır

Azərbaycan Pakistanla güzəştli ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparır Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan ilə iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın və ticarət tərəfdaşlığının möhkəmləndirilməsi üçün hərtərəfli strategiyanın hazırlanması barədə göstəriş verib.
Biznes
27 İyun , 2024 17:52
Azərbaycan Pakistanla güzəştli ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparır

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan ilə iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın və ticarət tərəfdaşlığının möhkəmləndirilməsi üçün hərtərəfli strategiyanın hazırlanması barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə "Associated Press of Pakistan"ın məqaləsində deyilir.

Məqalədə qeyd edilib ki, Azərbaycan və Pakistan arasında ticarət və investisiyaların inkişafı üçün imkanlar, eləcə də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün mühüm potensial mövcuddur. Bununla yanaşı, iki ölkə arasında güzəştli ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparılır.

“Pakistan coğrafi baxımdan Mərkəzi Asiya dövlətləri üçün dənizə təbii iqtisadi dəhliz təklif edir”, - Baş nazir bildirib.

Ş.Şərif onu da qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında möhkəm qardaşlıq münasibətləri mövcuddur.

Son xəbərlər

Orphus sistemi