Özbəkistan səfiri: "5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb"

Özbəkistan səfiri: "5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb" Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 30% çox olub.
Biznes
11 Avqust , 2021 12:53
Özbəkistan səfiri: 5 ayda Azərbaycanla ticarət dövriyyəsi 30% artıb
Bəhram Əşrəfxanov

Bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 30% çox olub.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsinin müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası ilə bağlı böhranlı vəziyyətə baxmayaraq iki ölkə arasında münasibətlər 2020-ci ildə də inkişaf edib: "Ötən il ticarət dövriyyəmiz 12% artıb”.

B.Əşrəfxanov qeyd edib ki, iqtisad əməkdaşlığın, o cümlədən qarşılıqlı investisiya qoyuluşunun inkişafı üçün nəhəng potensial mövcuddur.

Səfir iki ölkə arasında 130-dan çox razılaşmanın, o cümlədən strateji tərəfdaşlıq haqqında müqavilənin imzalandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi