Özbəkistan Azərbaycana quru meyvə ixracatını artırır

Biznes
  • 17 dekabr, 2021
  • 12:12
Özbəkistan Azərbaycana quru meyvə ixracatını artırır

"Özbəkistanın “Global Export” şirkəti Azərbaycana quru meyvə ixracatını artırmağı nəzərdə tutur".

Bunu “Report”a şirkətin ixracat departamentinin rəhbəri Abbas Batırov bildirib.

“Azərbaycana ixracatın əsas hissəsi paxlalılar, quru meyvələr, qozdur. Bununla yanaşı, müxtəlif növ lobya və yerfıstığı da tədarük olunur” – deyən şirkət nümayəndəsi Azərbaycana illik ixracatlarının 1,5 milyon dollar həcmində olduğunu qeyd edib: “Bu rəqəmi artırmaq istərdik. İndiyədək ixrac etdiyimiz məhsulların 90 faizi ağ lobyanın payına düşürdü. Bundan belə isə quru meyvələrə, o cümlədən gavalı və üzüm qurusu, ərik qurusuna daha çox üstünlük verilir. Hələlik Azərbaycana sadəcə sınaq həcmini yola salmışıq. Tezliklə ölkənizə quru meyvə ixracatını artırmaq fikrindəyik”.

Qeyd edək ki, 2017-ci ildə təsis olunmuş “Global Export” şirkəti əsas etibarilə bitkiçilik məhsullarının yığımı, təmizlənməsi, emalı və ixracı ilə məşğuldur.

44 filmi