Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 31 % artırıb

Biznes
  • 22 fevral, 2022
  • 06:12
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını 31 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 89 mənzil alıb.

"Report" qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 21 mənzil və ya 30,9 % çoxdur.

Bu ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 4 234 mənzil satılıb. Bu, 1 il əvvələ nisbətən 1 522 mənzil və ya 88,9 % çoxdur.

Ötən ay Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 761 mənzil satılıb. Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 513 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə yanvarda 479 mənzilə sahib olub.

44 filmi