Osman Xaliyev: "Sahibkarlara 150 mln manat güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır"

Osman Xaliyev: "Sahibkarlara 150 mln manat güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır" Bu il Azərbaycanda sahibkarlıq subyektlərinə 150 milyon manat ətrafında güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.
Biznes
25 Yanvar , 2023 15:06
Osman Xaliyev: Sahibkarlara 150 mln manat güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır

Bu il Azərbaycanda sahibkarlıq subyektlərinə 150 milyon manat ətrafında güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev SİF-ın 2022-ci ilin nəticələrinə dair mətbuat konfransında deyib.

"Bu məbləğ daxil olan müraciətlərin sayından asılı olaraq dəyişə bilər" , - deyə O.Xaliyev bildirib.

Onun sözlərinə görə, ötən il SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib.

Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8 %-i kənd təsərrüfatı, 23,9 %-i sənaye məhsullarının istehsalı və emalı, 6,5 %-i turizm, 9,9 %-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6 %-i regionların, 29,4 %-i isə Bakı şəhəri və Abşeronun payına düşür.

"2021-ci ildə isə güzəştli kreditlərin məbləği 287,7 milyon manat, layihə sayı isə 1902 olub.

Ötən il verilmiş krdilətin 71 %-i, yəni 104,2 milyon manatı kiçik və orta həcmli kreditlər olub. Hesabat dövründə maliyyələşmə üzrə proqnoz 140 milyon manat olub və bu proqnoz 104,2 % icra edilib. İl ərzində 218 qadın və 91 gənc sahibkara ümumilikdə 27,9 milyon manat kredit verilib. Kreditlərin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i mikro, kiçik və orta biznes subyektlərinə verilib", - deyə O.Xaliyev bildirib.

Son xəbərlər

Orphus sistemi