Orxan Məmmədov: "Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir"

Orxan Məmmədov: "Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir" "Bildiyiniz kimi Azərbaycanda mikro və kiçik sahibkarlıq üzrə dövriyyə limiti 30 milyon manat müəyyən edilib"
Biznes
1 Mart , 2021 12:06
Orxan Məmmədov: Sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir
Orxan Məmmədov

"Bildiyiniz kimi, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq üzrə dövriyyə limiti 30 milyon manat müəyyən edilib. Halbuki, əvvəllər bu limit 200 min manata qədər idi".
"Report"un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
"Köhnə qanun ötən əsrin 90-cı illərində qəbul olunmuşdu, 2018-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları təsdiq edildi. Bundan isə 2 il keçib və əvvəlki duruma baxanda təkmilləşməyə ehtiyac var. Həm keçirilən sorğular, həm də dövlətdən gələn tələblər bunu tələb edir. Bu il bu məsələ həm agentlik, həm İqtisadiyyat Nazirliyi, həm də dövlət səviyyəsində müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dövriyyə limitlərinin yenidən baxılmasına ehtiyac vardır", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi