Ölkədə koronavirusa görə ərzaq məhsullarının onlayn sifarişi kəskin artıb

Ölkədə koronavirusa görə ərzaq məhsullarının onlayn sifarişi kəskin artıb Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin satış mərkəzinin onlayn platformasından meyvə-tərəvəz və gündəlik ərzaq məhsullarının onlayn sifarişi 40-50% artıb.
Biznes
24 Mart , 2020 14:04
Ölkədə koronavirusa görə ərzaq məhsullarının onlayn sifarişi kəskin artıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin satış mərkəzinin onlayn platformasından meyvə-tərəvəz və gündəlik ərzaq məhsullarının onlayn sifarişi 40-50% artıb.

Bu barədə "Aqrar Tədarük və Təchizat" ASC-dən “Report”un sorğusunun cavıbında bildirilib.

Məlumata görə, "Aqrar Tədarük və Təchizat" ASC-nin “Kənddən şəhərə” satış mərkəzinin onlayn platformasından “Kendden.az” və ya “kenddenshehere.az” ötən ilin fevralından etibarən ərzaq və kənd təsərrüfatı məhsullarının onlayn sifarişi qəbul edilir. Ümumiyyətlə, ASC Bakı və Abşeron yarımadasında 20 manatdan yuxarı onlayn sifarişləri ödənişsiz həyata keçirilir.

Xatırladaq ki, "Aqrar Tədarük və Təchizat" ASC-nin ölkədə hazırda iki mağazası fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi