Niyazi Səfərov: “Bu vaxta qədər IFC Azərbaycana 72 layihə üzrə 500 milyon dolları civarında kredit ayırıb”

Niyazi Səfərov: “Bu vaxta qədər IFC Azərbaycana 72 layihə üzrə 500 milyon dolları civarında kredit ayırıb” ​Niyazi Səfərov: “Bu vaxta qədər IFC Azərbaycana 72 layihə üzrə 500 mln. dolları civarında kredit ayırıb”
Biznes
8 May , 2019 14:38
Niyazi Səfərov: “Bu vaxta qədər IFC Azərbaycana 72 layihə üzrə 500 milyon dolları civarında kredit ayırıb”
İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report/ Firi Salim

"Bu vaxta qədər Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana 72 layihə üzrə 500 milyon ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb". 

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərovun sözlərinə görə, son 16 ildə IFC bu kreidtlərin 4%-i həcmində texniki yardım göstərib: “2002-2018-ci illərdə IFC Azərbaycana 20 milyon dollarlıq texniki yardım həyata keçirib. Həmçinin IFC-nin 3 İnvestisiya Fondunda ARDNF-nin 350 milyon dollar vəsaiti yerləşdirilib. Bununla yanaşı IFC Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru layihəsi üçün 250 milyon dollar kredit verib”.

Nazir müavini həmçinin Korporasiyanın “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsi üçün də 4,7 milyon dollar vəsait ayırdığını qeyd edib.

Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi