“Nissan Motor Co.” şirkəti Yaponiyada və Böyük Britaniyada elektromobil batareyaları istehsal edəcək iki müəssisənin tikintisinə 200 milyard yen (1,8 milyard ABŞ dolları) həcmində vəsait qoyacaq.
“Report” Nikkei”yə istinadən xəbər verir ki, dünyanın 7-ci ən böyük elektromobil batareyaları istehsalçısı olan Çinin “Envision AESC” şirkətinin idarəçiliyində olacaq hər iki müəssisənin 2024-cü ildən fəaliyyətə başlayaraq ildə 700 minədək elektromobil üçün batareyalar istehsal edəcəyi gözlənilir. Bununla da şirkət ümumi istehsal gücünü ildə 900 min batareyaya çatdıqmağı hədəfləyir. Belə ki, hazırda "Nissan" ildə 180 min elektromobil elementi istehsal edir.
Şirkət həmçinin Çinin CATL, Cənubi Koreyanın "LG Chem" kimi iri batareya istehsalçıları ilə də yeni müəssisə tikintisinə dair danışıqülar aparır.
Bundan əvvəl “FT” xəbər vermişdi ki, “Nissan” Sanderland şəhərindəki mövcud müəssisəsində ildə 200 min elektromobil batareyası istehsalını təşkil etmək üçün Böyük Britaniya hökumətilə səmərəli danışıqlar aparır.