Nazir müavini: "Rəqabət Məcəlləsi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək"

Nazir müavini: "Rəqabət Məcəlləsi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək" Azərbaycanda iyulun 1-dən Rəqabət Məcəlləsinin tətbiqi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə əlavə imkanlar açacaq.
Biznes
11 İyul , 2024 10:59
Nazir müavini: Rəqabət Məcəlləsi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək

Azərbaycanda iyulun 1-dən Rəqabət Məcəlləsinin tətbiqi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə əlavə imkanlar açacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

"Qanunun tətbiqi ilə bazar iştirakçılarının sayı artacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək", - deyə o qeyd edib.

"Beynəlxalq təcrübə əsasında hazırlanmış Məcəllənin tətbiqi müxtəlif sektor və bazarlarda effektiv tənzimləmə imkanlarını genişləndirəcək. Nəticədə sahibkarlar üçün əlverişli işgüzar mühit formalaşacaq. Rəqabətin təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin artmasından irəli gələn yeni sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir", - deyə nazir müavini əlavə edib

O, həmçinin deyib ki, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 778 minə çatıb: "Bunun da əsas hissəsi kiçik və orta sahibkarlıq subyektləridir".

Son xəbərlər

Orphus sistemi