Nazir: “Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır”

Nazir: “Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır” 2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb.
Biznes
11 Fevral , 2020 17:46
Nazir: “Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır”

2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb.

"Report" xəbər verir ki, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb”, - o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.

“Hazırda hər min ödəyicidən yalnız ikisi səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, - M.Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb.

“Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi