Nazir: “Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır”

Nazir: “Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır” ​​​​​​​Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır.
Biznes
20 May , 2024 10:46
Nazir: “Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır”

Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78 % artıb: "Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var”.

Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq: “Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq”.

M.Cabbarov bildirib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur: “Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir.

Orta dəhliz effektiv işləyir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 %-lik artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 % artıb".

Nazir kənd təsərrüfatı məhsullarının emalı sahəsiə layihələrə investisiyları nəzərdən keçirməyi məsləhət görüb.

"Sənaye zonaları qarşııqlı maraqlar əsasında əməkdaşlıq üçün daha gözəl imkandır. Bakı Beynəlxalq Ticarət Limanı yaxınlığında olan Ələt azad iqtisadi zonası beynəlxalq investorlarla işgüzar təmaslara hazlrdır. O, investorlara müxtəlif güzəştlər təklif edir", - M.Cabbarov əlavə edib.

Son xəbərlər

Orphus sistemi