Natiq Həsənov: "Azərbaycanda KOB-ların vahid reyestri yaradılacaq"

Natiq Həsənov: "Azərbaycanda KOB-ların vahid reyestri yaradılacaq" "Mikro, kiçik və orta sahibkarlıq haqqında" qanunda bir sıra institusional və tənzimləmə yönümlü yeniliklər olacaq, ünvanlılıq və etibarlılıq təmin ediləcək..
Biznes
29 Sentyabr , 2022 13:15
Natiq Həsənov: Azərbaycanda KOB-ların vahid reyestri yaradılacaq
Natiq Həsənov

"Mikro, kiçik və orta sahibkarlıq haqqında" qanun layihəsində bir sıra institusional və tənzimləmə yönümlü yeniliklər olacaq, ünvanlılıq və etibarlılıq təmin ediləcək".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov deyib.

Onun sözlərinə görə, tənzimləmə yönümlü dəyişikliklərdən biri ilkin olaraq koordinasiya qrupunun yaradılması nəzərdə tutulur: "Koordinasiya qrupu dövlət orqanlarının bu sahədə çevik qərar verməsinə kömək edəcək.

Qanunda qeyd olunan səlahiyyətli orqan KOB sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək.

Tənzimləmə yönümlü dəyişikliklərdən biri də vahid reyestrin yaradılmasıdır. Bu reyestr KOB-ların xidmətlərindən nə dərəcədə istifadə edildiyini müəyyənləşdirəcək.

Səmərəliliyi və dəstəyin həcmini qiymətləndirmək üçün biz bilməliyik ki, dövlət qurumlarının xidmətlərindən sahibkarlar necə və hansı həcmdə istifadə edir".

N.Həsənov KOB-lara əlavə dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu vurğulayıb: "Xüsusən, COVID pandemiyası kimi gözlənilməz hadisələr baş verəndə əlavə dəstək vasitələrin müəyyən edilməsi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi