Moskvada Azərbaycan pavilyonunun açılışı olacaq

Moskvada Azərbaycan pavilyonunun açılışı olacaq Yanvarın 28-də Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun “Azərbaycanın Rusiya Federasiyasının regionları ilə iqtisadi əməkdaşlığı” mövzusunda forum-iclası və Azərbaycan pavilyonunun təntənəli açılışı olacaq
Biznes
22 Yanvar , 2021 16:45
Moskvada Azərbaycan pavilyonunun açılışı olacaq

Yanvarın 28-də Rusiyanın Moskva vilayətindəki “ETNOMİR” Mədəniyyət və Təhsil Mərkəzində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun “Azərbaycanın Rusiya Federasiyasının regionları ilə iqtisadi əməkdaşlığı” mövzusunda forum-iclası və Azərbaycan pavilyonunun təntənəli açılışı olacaq.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, habelə Azərbaycanın ticarət nümayəndəliyinin təmsilçiləri iştirak edəcək.

Açılış çərçivəsində etnoqrafik parkda ekskursiya proqramı, furşet, Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə iqtisadi əlaqələr qurub, ölkələr arasındakı münasibətlər isə strateji tərəfdaşlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi