Misir Azərbaycandan metanol alışını bərpa edib

Biznes
  • 29 avqust, 2022
  • 05:33
Misir Azərbaycandan metanol alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycan 70,7 milyon ABŞ dolları dəyərində 232 min 579 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Türkiyəyə 21,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,2 dəfə artıb) 67 min 959 ton (+38 %), Niderlanda 18,6 milyon ABŞ dolları dəyərində 63 min 841 ton (bir il əvvəl tədarük olmayıb), Rumıniyaya 14,2 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 47 min 172 ton (+7,7 dəfə), İtaliyaya 6,7 milyon ABŞ dolları dəyərində 22 min 652 ton (tədarük olmayıb), İspaniyaya 4,6 milyon ABŞ dolları dəyərində 14 min 485 ton (tədarük olmayıb) məhsul satılıb.

İki il 5 aylıq fasilənin ardından Misirə tədarük bərpa edilib. Bu ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində 6 min 134 ton metanol göndərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti