Mirzə Əliyəv: "Ağıllı kənd"lərin yaradılması üçün investorların cəlb edilməsində maraqlıyıq"

Mirzə Əliyəv: "Ağıllı kənd"lərin yaradılması üçün investorların cəlb edilməsində maraqlıyıq" "Zəngilan rayonunun Ağalı kəndində yaradılan"Ağıllı kənd" layihəsi ilk pilot layihə idi, bununla yanaşı qarşımızda çoxsaylı layihələr durur".
Biznes
15 Noyabr , 2021 13:26
Mirzə Əliyəv: Ağıllı kəndlərin yaradılması üçün investorların cəlb edilməsində maraqlıyıq
Mirzə Əliyəv

"Zəngilan rayonunun Ağalı kəndində yaradılan"Ağıllı kənd" layihəsi ilk pilot layihə idi, bununla yanaşı, qarşımızda çoxsaylı layihələr durur".

"Report" xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyəv Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

Onun sözlərinə görə, Azərbaycan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri əsasında Qarabağı bərpa edir: "Bir müddət öncə Azərbaycan vəTürkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı Kənd" ilə tanış olublar. Bu layihələrin urbanizasiya məsələsindən başlayaraq bütün istiqamətləri, hər bir elementi investorlar üçün potensial investisiya şəraitidir.

Bütün kənd yaşıl və alternativ enerji üzərində qurulub. Biz bu istiqamətdə investorların cəlb edilməsində maraqlıyıq. İnfrastruktur layihələri, tullantıların idarə edilməsi, "Ağıllı kənd" təsərrüfatı istiqamətində işlərin görülməsinə investorları dəvət edirik. Əminik ki, məhz işğaldan azad edilmiş ərazilərdə "ağıllı" kəndlərin, "ağıllı" şəhərlərin yanında müvafiq aqrar emal sahələrinin, infrastrukturun qurulmasında sahibkarlar üçün şərait yaradacağıq".

Son xəbərlər

Orphus sistemi