Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”

Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək” ​​​​​​​İsmayıllı rayonunda "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin yeni istehsal müəssisəsinin yaradılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək
Biznes
18 May , 2024 13:58
Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”

İsmayıllı rayonunda "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin yeni istehsal müəssisəsinin yaradılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şirkətin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, müəssisənin yaradılması 100 yeni iş yeri ilə məhdudlaşmır: “O cümlədən burada ekosistem formalaşdırılır. Müasir istehsalda çalışanların bilik və bacarıqları böyük töhfədir. Sərmayə iqtisadi fəallığı da canlandırır".

Nazir qeyd edib ki, bu brend uzun müddətdir ki, Azərbaycanda istehsalçı kimi fəaliyyət göstərir: "İkinci zavodun açılması bir sıra mühüm amillərin nəticəsidir. Ölkə bazarında şirkət özünü rahat hiss etməlidir ki, investisiya ilə bağlı qərar versin. Biz 2021-ci ildə imzalanmış müvafiq anlaşma memorandumuna əsasən bu gün şirkətin investisiyasını alqışlayırıq. Bu, Azərbaycanın investisiya mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan kapitalına malik olmasını bir daha sübut edir".

Son xəbərlər

Orphus sistemi