Mikayıl Cabbarov: "Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir"
- 23 sentyabr, 2025
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Monteneqronun turizm naziri Simonida Kordiç ilə faydalı görüş keçirilib.
O qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb: "Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır".
Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Monteneqronun turizm naziri xanım Simonida Kordiç ilə faydalı görüş keçirdik. Azərbaycanın #Monteneqro ilə #iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğuladıq. İki ölkə arasında iqtisadi… pic.twitter.com/dIbAHlCxXe
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025