Bakı. 27 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Mərkəzi Dənizçilər Xəstəxanası” MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, kommersiya qurumunun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, ev 78, nizamnamə kapitalı 1 832 286 manat, qanuni təmsilçisi Qerasim Əmirxan oğlu Rüstəmovdur.