MDB hökumət başçıları noyabrda qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edəcəklər

MDB hökumət başçıları noyabrda qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edəcəklər MDB ölkələrinin Hökumət Başçıları Şurasının noyabrın 7-8-də Rusiya Federasiyasında keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyinə 20 sənəd daxil ediləcək.
Biznes
27 Avqust , 2024 13:09
MDB hökumət başçıları noyabrda qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını müzakirə edəcəklər

MDB ölkələrinin Hökumət Başçıları Şurasının noyabrın 7-8-də Rusiya Federasiyasında keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyinə 20 sənəd daxil ediləcək.

"Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Minskdə jurnalistlərə açıqlamasında MDB-nin baş katibi Sergey Lebedev deyib.

"MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə 20 sənəd daxildir. Bu sənədlərin hamısı əsasən iqtisadi sahədə əməkdaşlığa aiddir. İki məsələ nəqliyyat sahəsində əməkdaşlıq, bir məsələ mülki gəmiqayırma, daha bir neçə məsələ humanitar əməkdaşlıq, 10-a yaxın məsələ isə MDB çərçivəsində müxtəlif fəaliyyət növlərinin maliyyələşdirilməsi ilə bağlıdır”, - o qeyd edib.

Baş katib əlavə edib ki, Hökumət Başçıları Şurasının iclasında əsas məsələlərdən biri qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasına dair olacaq.

Son xəbərlər

Orphus sistemi