Mariya Suvorovskaya: Azərbaycan qlobal nəqliyyat logistikası baxımından xüsusi rol oynayır

Mariya Suvorovskaya: Azərbaycan qlobal nəqliyyat logistikası baxımından xüsusi rol oynayır Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 17,5% artıb və bu, hədd deyil.
Biznes
17 Aprel , 2024 16:07
Mariya Suvorovskaya: Azərbaycan qlobal nəqliyyat logistikası baxımından xüsusi rol oynayır

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 17,5% artıb və bu, son hədd deyil.

Bu barədə “Report”a açıqlamasında Rusiya Ticarət və Sənaye Palatasının Azərbaycandakı fəxri nümayəndəsi Mariya Suvorovskaya məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlində iqtisadi əməkdaşlıq üzrə Yol xəritəsinin imzalanması ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olmalıdır: “Yol xəritəsində göstərilən bütün bu tədbirlər gələcəkdə ticarət dövriyyəsinin artmasına və yeni rekord səviyyələrə gətirib çıxarmalıdır. Aydındır ki, biz ixracdan birgə sənaye layihələrinə və investisiya əməkdaşlığına doğru irəliləyirik”.

M. Suvorovskaya qeyd edib ki, Rusiyanın 80-ə yaxın subyekti Azərbaycanla biznes, mədəniyyət, turizm, təhsil əlaqələri saxlayır.

Rusiya-Azərbaycan əlaqələrinin inkişafına yeni təkan barədə danışan Ticarət və Sənaye Palatasının fəxri nümayəndəsi Bakının “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsində mühüm rol oynadığını qeyd edib: “Azərbaycanın Şimaldan Cənuba və Qərbdən Şərqə tranzit ölkə kimi xüsusi rolu var və ölkənin coğrafi mövqeyi qlobal logistika baxımından onun rolunu artırır”.

Son xəbərlər

Orphus sistemi