Maliyyə naziri: "Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsini daha da artırmaq üçün potensial var"

Maliyyə naziri: "Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsini daha da artırmaq üçün potensial var" Son 1 ildə Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 60 %-dən çox artıb, onu daha da artırmaq üçün potensial var.
Biznes
19 Dekabr , 2022 11:41
Maliyyə naziri: Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsini daha da artırmaq üçün potensial var
Samir Şərifov

Son 1 ildə Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 60 %-dən çox artıb, onu daha da artırmaq üçün potensial var.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistan biznes forumunda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov bildirib.

"Bu il Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti ilə Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması ilə bağlı müqavilə imzalanıb. Biz inanırıq ki, bu kimi müqavilələr müxtəlif sahələrdə imzalana bilər. Azərbaycanın elə şirkətləri ola bilər ki, Səudiyyə Ərəbistanda investisiya imkanlarını nəzərdən keçirə, müxtəlif inkişaf layihələrində iştirak edə bilərlər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi