Mahmud Vaizi: "Azərbaycanla imzalanan müqavilələrin sürətlə həyata keçirilməsi zəruridir"

Mahmud Vaizi: "Azərbaycanla imzalanan müqavilələrin sürətlə həyata keçirilməsi zəruridir" Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi ilə Tehranda görüşüb
Biznes
31 May , 2021 14:54
Mahmud Vaizi: Azərbaycanla imzalanan müqavilələrin sürətlə həyata keçirilməsi zəruridir
Mahmud Vaizi

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran Prezident Aparatının rəhbəri Mahmud Vaizi ilə Tehranda görüşüb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

İran və Azərbaycan Respublikası arasındakı tarixi, mədəni və etnik tərəfdaşlığı “qarşılıqlı investisiyaların ikitərəfli əlaqələrin hərəkətverici qüvvəsi" olaraq xarakterizə edən Vaizi: “Bu gün iki ölkə prezidentlərinin iradəsi ilə, ölkələr arasında əlaqə bütün sahələrdə strateji səviyyəyə çatıb”.

“İran bütün həssas vəziyyətlərdə və müxtəlif dövrlərdə Azərbaycan hökuməti və xalqının yanında olub və iki ölkə ilə iki millət arasında hər sahədə çox möhkəm əlaqələr qurub. İki ölkə arasında imzalanan müqavilələrin sürətlə həyata keçirilməsi zəruridir.

Hazırda ABŞ-ın sanksiyaları səbəbindən dayandırılmış layihələrin icrasına hazırlaşmaq və onları millətlərimizin mənafeləri naminə səfərbər etmək üçün əlverişli şərtlərə sahibik.

İki ölkə xalqları arasındakı əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı münasibətlərdə daimi rol oynayan fikirləri və əməkdaşlıq məsələlərini müəyyənləşdirib, tətbiq etməliyik”, - M. Vaezi bildirib.

Ş.Mustafayev qeyd edib ki, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm daxil olmaqla müxtəlif sahələrdə böyük potensialımız var və bunları qiymətləndirməkdə qərarlıyıq.

Son xəbərlər

Orphus sistemi