Koronavirus İranın xarici ticarət dövriyyəsini kəskin azaldıb

Koronavirus İranın xarici ticarət dövriyyəsini kəskin azaldıb İranda yayılmış koronavirus bu ölkənin gündəlik xarici ticarət dövriyyəsini təxminən 18% azaldıb.
Biznes
5 Mart , 2020 11:43
Koronavirus İranın xarici ticarət dövriyyəsini kəskin azaldıb
google.az

İranda yayılmış koronavirus bu ölkənin gündəlik xarici ticarət dövriyyəsini təxminən 18% azaldıb. 

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Beynəlxalq Yol İstismarı və Nəqliyyat Təşkilatının baş direktoru Mənuçöhr Salmanzadə bildirib.

Onun sözlərinə görə, buna səbəb bir sıra ölkələrin İranla sərhədlərini bağlamasıdır. 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 344-a çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 222 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi